AZ

İspaniyalı futbolçunun atası ondan aliment tələb edib

İspaniyalı futbolçu Lukas Peres şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, təcrübəli hücumçu valideynlərinin onu uşaqlıqda tərk etdiyini bildirib.

“Məni ata-anam deyil, nənəm və babam böyüdüb. Onlar məndən imtina edib məni uşaq evinə qoymuşdular, qayğı göstərmək istəmirdilər. Nənəmlə babam bunu eşidəndə dərhal məni öz yanlarına götürdülər və sevgi ilə böyütdülər”, - deyə o qeyd edib.

Peres daha sonra bildirib ki, bir neçə il əvvəl atası gözlənilmədən ortaya çıxaraq ondan ömürlük aliment tələb edib:

“Atam məni böyütmədiyi halda, indi məhkəməyə müraciət edib və məndən daimi aliment istəyir. 2017-ci ildə ‘Arsenal’la müqavilə imzaladığımı öyrənəndə anam da mənə pul tələb edən məktub yazmışdı. Amma onun buna hüququ yox idi, çünki valideynlik məsuliyyətində onun adı qeyd olunmamışdı”.

Qeyd edək ki, 36 yaşlı Lukas Peres karyerası ərzində “Deportivo”, “Arsenal”, “West Ham”, “Alaves” və “Elçe” kimi klublarda çıxış edib.

İdman.Biz

Məqalədə:
Seçilən
15
1
idman.biz

2Mənbələr