AZ

“Barselona”nın gənc ulduzu Lamin Yamalın əsl soyadı məlum olub

“Barselona”nın gənc futbolçusu Lamine Yamalın soyadı əslində Yamal deyilmiş.

İdman.Biz “Sky Sports Football”a istinadla xəbər verir ki, onun atası Mounir Nasraoui, anası isə Şeila Ebana adlanır.

Təzə evləndikləri dövdə Mounir və Şeila ciddi maliyyə çətinlikləri ilə üzləşib və kirayə qaldıqları evin ödənişini verə bilməyiblər. Bu vaxt onlara Lamin və Yamal adlı bir cütlük kömək edib, evlərində qalmasına şərait yaradıb.

Mounir və Şeila minnətdarlıq əlaməti olaraq oğullarına “Lamin Yamal” adını veriblər.

İdman.Biz

Məqalədə:
Seçilən
50
1
idman.biz

2Mənbələr