AZ

Zaqatalada qohumunun əmlakını yandıran şəxs SAXLANILDI

Zaqatala rayonu, Bəhmətli kəndində qohumunun əmlakını yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbir nəticəsində Araz Ərşadoğlunun əmlakını yandırmaqda şübhəli sayılan İlham Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

İlkin araşdırmaya görə, hadisənin baş verməsinə torpaq mübahisəsi səbəb olub.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
10
5
avtosfer.az

10Mənbələr