AZ

İmişlidə avtoqəzada bir nəfər ölüb, digəri xəsarət alıb - FOTO

İmişlidə baş verən avtoqəzada bir nəfər ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonundan keçən hissəsində baş verib.

"Azsamand" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə, sərnişin - İmişli rayonunun Əlyetməzli kənd sakini, 2002-ci il təvəllüdlü Ədilli Əbil İbad oğlu ölüb.

Hadisə zamanı xəsarət sürücü isə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

İmişlidə İmişlidə
Seçilən
38
2
apa.az

3Mənbələr