AZ

Ağasəlim Mircavadov: “Mən bu sözlərlə razılaşa bilmirəm”

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

“Derbiyə layiq oyun alındı. Futbol ictimaiyyətinin çoxu üçün maraqlı idi ki, 3 oyunda qalib gələn “Neftçi” “Qarabağ”la matçda necə təsir bağışlayacaq?”

Bu sözləri Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının XI turunda keçirilən “Qarabağ” “Neftçi” matçını şərh edib:“Ağdam təmsilçisi 4 gün əvvəl Çempionlar Liqasında “Çelsi”yə qarşı möhtəşəm oyun oynamışdı. Bu səbəbdən futbolçularda yorğunluq var idi. Buna baxmayaraq ,özünə xas oyun üslubunu meydanda göstərib qalib gəldilər. “Qarabağ” qələbəyə layiq idi. “Neftçi”yə gəldik isə... Deyirlər oynadıq, vuruşduq, mübarizə apardıq. Mən bu sözlərlərlə razılaşamıram. Futbol oynamaq lazımdı. Futbolçunun performansı güclü komandalara qarşı oynayanda bəlli olur. Bu yay 14-15 futbolçu transfer edilib. Oyunçuları sistemə uyğunlaşdırmaq lazımdır. Hiss olunur ki, futbolçular hələ ki, baş məşqçinin düşündüyü sistemlə ayaqlaşa bilmir. Vaxt lazımdır. Amma “Neftçi”də çalışan baş məşqçi və ya futbolçular üçün bu anlayış yoxdur. Əgər maliyyə dəstəyi qazanmaq istəyirsənsə, hər il avrokuboklarda oynamalısan. Necə ki, bunu “Qarabağ” edir”, deyə o, sport24az-a açıqlamasında qeyd edib.

Qeyd edək ki dünən baş tutan “Qarabağ” - “Neftçi” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
icma.az

2Mənbələr