AZ

Tünzalə Ağayeva: "Gözün aydın olsun, Qarabağ"

Xalq artisti Tünzalə Ağayeva Zəfərimizin 5-ci ilinə həsr olunan bir sıra tədbirlərdə iştirak edib.

Far.Az xəbər verir ki, sənətçi Bulvar ərazisində keçirilən möhtəm konsertdə çıxış edib. Qırmızılara bürünən sənətçi "Gözün aydın olsun, Qarabağ" əsərini səsləndirib. Füsunkar görünən sevilən ulduzu səhnədə rəqqaslar müşayiət edib.

Səhnə şousu qədər ulduzun geyimi də diqqət çəkib. Libasının müəllifi dizayner Lali Rüstəmovadır.

Qeyd edək ki, "Gözün aydın olsun, Qarabağ" mahnısının sözləri Fariz Zeynalova, musiqisi isə Xalq artistinin özünə məxsusdur.

Seçilən
36
4
far.az

6Mənbələr