AZ

Rus FPV dronlarına qarşı SON şans silahı - Ukrayna belə HƏRƏKƏTƏ KEÇİR

Fransanın “Le Monde” nəşri yazır ki, Ukrayna ordusu cəbhə xəttində rus FPV dronlarının ölümcüllüyü ilə bacarmır və vəziyyət günü-gündən daha da çıxılmaz hal alır.

Musavat.com-un məlumatına görə, məqalədə bildirilir ki, cəbhədən ən azı 20 kilometr aralıda olan zona artıq “zərbə zonasına” çevrilib.

Rus ordusunun texnikası həmin ərazini daimi skan edir və hər hansı hərəkət müşahidə olunduğu anda FPV dronlarının sürüsü dərhal havaya qalxır. Bu, günün istənilən vaxtında baş verir - istər gecə, istər gündüz.

Elektron mübarizə vasitələrinin də tətbiqi genişdir, lakin “Le Monde” qeyd edir ki, onların effektivliyi məhduddur:

“Dron müharibəsində qılınc qalxanı üstələyib. “Jammers” adlanan qurğuların işləməsi üçün onların həm kifayət qədər güclü, həm də pilotla dron arasındakı rabitə tezliyinə dəqiq uyğunlaşdırılması lazımdır”.

Belə şəraitdə Ukrayna hərbçiləri üçün yeganə çıxış yolu adi ov tüfəngidir. Nəşr yazır ki, bəzi hallarda döyüşçülər yaxınlaşan dronu məhv etmək üçün sözün əsl mənasında son saniyələrdə tüfənglə atəş açırlar.

“Le Monde” əlavə edir ki, Ukrayna tərəfi rus dronlarının fəaliyyətini təsvir etmək üçün xüsusi bir söz də yaradıb: “dronosid”.

Bu termin ilk dəfə bir il əvvəl meydana çıxıb. O zaman Rusiya tərəfi Kurks vilayətinə daxil olan Ukrayna silahlı qruplarını məhv edərkən “Rubi̇kon” adlı dron birliyi ilə geniş əməliyyatlar aparırdı.

Nəşr yazır:

“Ukrayna qoşunlarının Kursk vilayətindən geri çəkildiyi dövrdə “dronosid” termini ortaya çıxdı. Daha sonra eyni adla xüsusi bir bölmə yaradıldı. Kursk yaxınlığında Suca dayağında Ukrayna logistikası tamamilə “Rubi̇kon” dron bölməsi tərəfindən sıradan çıxarıldı. Bu, dron arsenalının ən yüksək nəticələrindən biri hesab olunur”.

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr