AZ

İsrail daha bir “Hizbullah” liderini ÖLDÜRDÜ

Ajans.az xəbər verir ki,bu barədə Janubia xəbər portalı məlumat yayıb. Məlumata görə, pilotsuz aparat Sarafand və Beisariye yaşayış məntəqələri arasındakı cənub magistral yolunda avtomobilə iki raket atıb. Fakih aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb, onunla birlikdə olan digər döyüşçü isə xəstəxanaya aparılıb. Lebanon Files portalının yazdığına görə, Samir Əli Fakih “İmam Hüseynin Xidmətçiləri” adlı xeyriyyə birliyinin rəhbəri olub. Qeyd edək ki, noyabrın 9-da İsrailin pilotsuz təyyarələri iki “Hizbullah” üzvünü, o cümlədən Humin əl-Favqa ərazisində təşkilatın hərbi infrastrukturunu bərpa edən bir mühəndisi öldürmüşdü.

 

Seçilən
30
Ajans.az

1Mənbələr