AZ

Paşinyan həlledici məqamda Arutunyana daha çox etibar edir ANALİTİK

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Zeyna Əmrəliyev: Papoyan ölkədə əsas güc olmağa iddialıdır və Paşinyandan sonra baş nazirlik üçün hazırlaşır

Ermənistanın Baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının iclasında 2026-cı ildə keçiriləcək parlament seçkilərində qərargaha nəzarət üçün seçim edilməli olduğunu bildirib. Bu zaman partiya üzvləri öz namizədliklərini irəli sürüblər. Bu barədə “Hraparak”ın məqaləsində qeyd olunur. Nəşrin məlumatına görə, bir çox üzv namizədliyini irəli sürsə də, ön səsvermədə əsas iqtisadiyyat naziri Gevorq Papoyan və baş nazirin aparat rəhbəri Araik Arutyunyanın adı önə çıxıb. Son səsvermədə isə Arutyunyan üstünlük qazanıb. Maraqlıdır ki, Papoyan partiyanın idarə heyətində Paşinyandan sonra ikinci şəxsdir, lakin daxili səsvermədə qalib Arutyunyandır. Hətta bir çoxlarının Araik Arutyunyanı “boz kardinal” adlandırdığı və əsas nəzarətin onda olduğu bildirilir. İddialara əsasən, hətta parlamentin spikeri Alen Simonyan kampaniyanın rəhbəri olmaq üçün namizədliyini irəli sürsə də, bu, baş tutmayıb. 

Politoloq Zeynal Əmralıyev "Sherg.az"a deyib ki, bu fakt onu göstərir ki, Paşinyan həlledici məqamda Arutunyana daha çox etibar edir. Ekspert vurğulayıb ki, bir neçə ay sonra keçiriləcək seçkilər Nikol Paşinyan üçün xüsusi əhəmiyyət daşıyır: 

"Ermənistanda son zamanlar Rusiyaya bağlı müxalifət fəallaşıb. Həmçinin kilsənin də indiki hökumətlə münasibətlərin də gərginlik hökm sürür. Hazırda həm kilsə, həm də müxalifət seçkilərdə Nikol Paşinyana problem yaratmaq üçün səfərbər olub. Buna görə də Ermənistan hökuməti bu seçkini problemsiz keçirmək üçün bütün səylərini işə salıb. Eyni zamanda, seçkiyə hazırlıq qurulacaq yeni hökumətin tərkibinin müəyyən edilməsi baxımından da əhəmiyyət daşıyır. Nikol Paşinyandan sonra hökumətin ən nüfuzlu üzvü olan iqtisadiyyat naziri Gevorq Papoyan partiyanın idarə heyətində ikinci şəxs olmaqla yanaşı olduqca iddialı fiqurdur. Son zamanlar onun xarici səfərlərə getməsi, yüksək vəzifələrə öz adamlarını yerləşdirməsi faktı onu göstərir ki, Papoyan ölkədə əsas güc olmağa iddialıdır və Paşinyandan sonra baş nazirlik üçün hazırlaşır. Lakin partiyada keçirilən səsvermə zamanı qəflətən Arutunyanın ən yüksək səs toplaması faktı iqdisadiyyat nazirinin planlarına ciddi şəkildə əngəl törədir. Arutunyan Nazirlər Kabinetinin Aparat rəhbəri olaraq baş nazirin qərar qəbul etməsində əsas şəxslərdən biridir".

Z.Əmralıyev qeyd edib ki, Arutunyan həmçinin bir çox nazirliklərin gəlirlərinə, eyni zamanda həmən qurumlarda həyata keçirilən stuktur islahatlarına da rəhbərlik edib:

"Görünür ki, baş nazir Arutunyanın hökumətdə gördüyü işləri partiyada da təkrarlanmasını istəyir. Seçkilərə nəzarət həmçinin seçkilərdə deputatlığa namizədlərin müəyyən olunması, eyni zamanda partiyanın rəhbər orqanlarına seçiləcək seçiləcək şəxslərin müəyyən olunma zamanı da Arutunyana böyük güc verəcək amildir. O, əgər bu müddət özünə yaxın şəxslərin deputat seçilməsi və partiyada güclənməsinə nail olarsa o zaman Ermənistan hakimiyyətində uzun müddətdir ki, iqdisadiyyat naziri Gevorq Papoyan və parlamentin sədri Alen Simonyan arasında güc mübarizəsinə böyük zərbə vurulacaq. Bu isə Ermənistan siyasətində yeni güc balansının meydana çıxması deməkdir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
sherg.az

1Mənbələr