AZ

Coy Lens Mikels: Baş məşqçimiz oyunumuzdan narazı qalıb

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İlk hissədə iki qol vurub önə keçdik. Hesabı daha artıq edə bilərdik". Bu sözləri Sport24.az - a açıqlamasında "Sabah"ın futbolçusu Coy-Lens Mikels deyib.Almaniyalı futbolçu komandasının Misli Premyer Liqasının XI turunda "Kəpəz"i məğlub etdiyi oyunu şərh edib:"Çoxlu səhvlərimiz oldu. "Kəpəz"in ilk hissənin sonlarındakı qolu bizi həyəcanlandırdı. Baş məşqçi Valdas Dambrauskas oyunumuzdan narazı qalıb. Ədalətli olsaq, onun fikirləri ilə razıyam. Biz daha çox qol vurmalıyıq. Baş məşqçi oyunu kənardan daha yaxşı izləyir. Bizdən gözləntiləri çoxdur. Dekabrda çox çətin matçlarımız var. İlk dövrədə bəzi xallar itirmişik. Bu xalları geri qaytarmaq istəyirik".Qeyd edək ki, "Kəpəz" "Sabah" matçı qonaqların 1:3 hesablı qələbəsi ilə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
2
sport24.az

3Mənbələr