Şahbuzda 66 yaşlı kişi arı sancması nəticəsində ölüb.
Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Kükü kəndində baş verib.
Məlumata görə, kənd sakini, 1959-cu il təvəllüdlü Aftandil Hüseynqulu oğlu Həsənovu qızının yaşadığı evdə arı sancıb.
A.Həsənov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.