AZ

Azərbaycanda dönərdən kütləvi zəhərlənmə - Araşdırma başladı

Şəmkir rayonunda iki ayrı dönərxanada baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, hadisənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Agentlik tərəfindən məsələ nəzarətə götürülüb:

"Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, müvafiq nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırma davam edir", - məlumatda qeyd olunub.

Seçilən
18
far.az

1Mənbələr