AZ

Toral Bayramov: “Nəyəsə görə peşman, narazı deyilik”

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Qarşıda bizi Fransa və İslandiya ilə çox çətin oyunlar gözləyir. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələr qazanaq və xalqımızı sevindirək”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Qarabağ”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Toral Bayramov deyib.

24 yaşlı futbolçu DÇ-2026-nın seçmə mərhələsində Fransa və İslandiya ilə oyunlara dəvət alması barədə danışıb, “Qarabağ”ın sıx oyun qrafikini nəzərə alaraq, yorğunluq ehtimalına toxunub: “Bu, bizim işimizdir. Çalışırıq ki, var gücümüzü toplayaq. İşimizi sevə-sevə görürük. Nəyəsə görə peşman və narazı deyilik. Nə qədər çox oyun oynasaq, bir o qədər bizim üçün faydalıdır. Düşünürəm ki, heç bir problem olmayacaq”.

Bayramov Azərbaycan Premyer Liqasının XI turunda “Neftçi” üzərində 2:0 hesablı qələbəni də şərh edib: “Qarşımızdakı rəqib “Neftçi” idi. Onları heç vaxt ciddiyə almamaq olmaz. Çox yaxşı təşkilatlanmış komandadırlar və oyunları ilə bunu sübut edirlər. Son matçlarda da yaxşı çıxış edirdilər. Onlar da qələbə qazanmaq istəyirdilər, buna görə mübarizə maraqlı alındı. Əsas odur ki, biz qalib gəldik. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm — çox gözəl atmosfer vardı. Vacib tapşırıqları düzgün yerinə yetirib, önəmli 3 xal qazandıq. İndi qarşıdakı oyunlara baxacağıq, çalışacağıq oyunumuzu qoruyub daha da yaxşılaşdıraq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
2
sherg.az

3Mənbələr