AZ

Birminhemdə qaradərili kişi ağdərili qadına bıçaqla hücum edib

21 yaşlı qaradərili britaniyalı kişi gənc ağdərili qadına qarşı qəsdən adam öldürməyə cəhddə ittiham olunur və onun boynundan çoxsaylı bıçaq zərbələri endirib. BBC-nin məlumatına görə, zərərçəkən ağır vəziyyətdə xəstəxanadadır. Hücumçu həbs olunub və 10 noyabrda məhkəmə qarşısına çıxacaq.

Birminhem polisi cinayətin Bullrin ticarət mərkəzinin yaxınlığında baş verdiyini bildirib. Ceyson Rafael adlı hücumçunun ən azı iki oxşar hücumla əlaqəsi var. Polis hücumçu haqqında məlumat yayıb və Rafaelin cinayətlərinə şahid olan hər kəsi irəli çıxmağa çağırıb. O, həmçinin tiyəli silah saxlamaqda da ittiham olunub.

Britaniyanın Daxili İşlər Naziri Şabana Mahmud hadisə ilə bağlı sosial media səhifəsində şərh verib. "Bir qadına bıçaqla hücum edilməsindən, səbəbsiz hücumdan şoka düşdüm. Düşüncələrim zərərçəkən, ailəsi və dostları ilədir", - deyə o yazıb.

Əziz MUSTAFA

Seçilən
21
1
oxumeni.az

2Mənbələr