AZ

Sosial şəbəkələrdə yayılan trend sizi ömürlük iflic edə bilər - TƏHLÜKƏLİDİR

Son zamanlar sosial şəbəkələrdə geniş yayılan “boyun sındırma” və ya “boyun çatlatma” videoları mütəxəssislərin ciddi narahatlığına səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, onlar bunun insan sağlamlığı üçün təhlükəli olduğunu bildirirlər.

Belə hərəkətlər boyun damarlarına təzyiq göstərə, sinirləri zədələyə və hətta ömürlük ifliclə nəticələnə bilər.

Həkim Barış Metin qeyd edib ki, boyun fəqərələrini əhatə edən əzələ, bağ və sinirlər çox həssasdır:

“Daimi və ya ani çatlama hərəkətləri bu strukturları gərginləşdirir, bağların boşalmasına və oynaq sabitliyinin pozulmasına səbəb olur. Onurğa və karotid damarlarının zədələnməsi nəticəsində beyinə qan axını pozula, bu da vuruşa gətirib çıxara bilər. Belə hallar fövqəladə tibbi vəziyyət kimi qiymətləndirilməlidir”.

Digər həkim Bestami Yalvaç isə bu trendin xüsusilə gənclər arasında artdığını vurğulayıb:

“İnsanlar artıq peşəkar müalicə axtarmaqdansa, internetdə gördükləri üsullarla boyun manipulyasiyası edirlər. Halbuki bu çox təhlükəlidir. Çünki hər kəs əzələlərin hansı bucaqda və nə qədər uzanmalı olduğunu bilmir. Bu məlumatsızlıq damar yırtılmasına və beyin damarlarının tıxanmasına səbəb ola bilər”.

Həkimlər xəbərdarlıq edirlər ki, boyun və ya bel ağrısı yaşayan şəxslər problemi ev üsulları ilə deyil, terapevt, nevroloq və ya ortopedik mütəxəssislə məsləhətləşərək aradan qaldırmalıdırlar. Daha təhlükəsiz üsullar kimi yumşaq dartma məşqləri, isti-soyuq kompreslər və düzgün duruş məşqləri tövsiyə olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
43
4
yenisabah.az

5Mənbələr