AZ

“Elçin Məsiyev elə-belə penalti vermir” - Qurban Qurbanov

Misli premyer-liqasının 11-ci turunda “Qarabağ” “Neftçi”ni məğlub etdi - 2:0.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında Qurban Qurbanov media önünə çıxıb.

⁃ Başda cənab prezident olmaqla, xalqımızın bayramını təbrik edirəm. Çox böyük zəfərdi. Allah xalqımızı həmişə qorusun. Oyuna gəldikdə, matçdan əvvəl stadionda bayram atmosferi var idi. Hər iki komandanın azarkeşinə təşəkkür etmək istəyirəm. Xoş olan odu ki, 44-cü dəqiqədə bizim azarkeşlərlə "Neftçi" azarkeşləri bunu bir qeyd etdi. Çox gözəl azarkeşlik var idi. Futbolçularıma da təşəkkür edirəm. Vacib qələbə oldu. Hər iki komandanın futbolçuları yaxşı, dinamik, sürətli oyun göstərdi. Çempionatda bu cür oyunların sayı çox olsa, gələcəkdə bütün komandalar üçün inkişaf daha tez olar. Qarşıda da millinin oyunları var. Onlara da uğurlar arzulayıram, azarkeşlik edəcəyik.

- Start heyətində bir sıra aparıcı oyunçular var idi, başqa cür də ola bilərdi. Burda vacib məqam hansı idi ki, start heyət oyunçuları oynayırdı?
- Zubir və Andrade "Çelsi" matçını sona qədər oynamamışdılar. Gücləri qalmışdı. Kevin Medina da tam hazır olduğunu dedi. Çünki belə oyundan öncə futbolçulardan soruşuruq ki, yorğunluq var, ya yox.
Bu barədə fikirlərini bildirirlər. Mateus Silva, Elvin Cəfərquliyev sonradan meydana daxil oldu. Elvin də sonradan çıxmışdı, amma fiziki gücü çatmırdı. Qarşıda pauza çox olacaqdı. 4 gün az müddət
deyil, öz idman formalarından çox uzaq ola bilərdilər. Ona görə belə addım atdıq.

⁃ “Neftçi" gözlədiyiniz kimi oynadı, yoxsa necə?
- "Neftçi"də son matçlarda çox irəliləyiş var. Kollektiv birbirini tamamlayır. Oyundan-oyuna bir-birilərini çox yaxşı oynayırlar.

- "Qarabağ"ın Avropada uğurları Şimali Kiprdə də izlənilir. Şimali kiprli azarkeşlərə nə demək istəyərdiniz?
- Burada sizləri görmək xoşdu. Biz sevinirik ki, "Qarabağ"ı müsəlman ölkələrində izləyirlər. O cümlədən də, böyük türk dünyası "Qarabağ"a
baxır. Buradan Şimali Kiprdə yaşayan türk qardaşlarımıza təşəkkür edirəm. Duaları bizimlədi, eyni qaydada da bizim də onlarla.

- "Qarabağ" bu uğurları daha çox nəyə borcludu?
- Siz də xoş gəlmisiz. Müsahibələrimdə demişəm: “Qarabağ" adı Azərbaycana üçün çox böyük önəm kəsb edir. Bu komandada rəhbərlik səviyyəsində futbolçulara bildirilib ki, burda ciddi,
məsuliyyətli olmaq hər birimizin borcludu. İlk növbədə biz azərbaycanlıların, sonra legionerlərin. Onlar da bura gələndə, Qarabağ hadisələri ilə maraqlanırlar. Onlardan tələbimiz odu ki, işlərimizdə
ciddi olacağıq. Bu komandada qeyri-ciddi olmaq haqqımız yoxdu. Rəhbərlik səviyyəsində həmişə fikir o olub ki,bu adı qoruyub-saxlayaq. Avropada bizdən daha böyük futbol ölkələri olsa da, məqsədimiz hər zaman layiqli oynamaqdı. Futbolçulara birinci bunu
tapşırırıq. Biz deyə bilərik, onu icra etmək vacibdi. Oyunçular da bunu sevərək icra edirlər. İlk növbədə özümü, sonra kim varsa, məsuliyyətli olmaqdan başqa haqqımız yoxdu.

- Türkiyə klublarında prinsipiallıq var, derbiləri qazanmağı klubdan daha çox tələb edirlər, nəini avrokuboklarda. Avrokuboklarda qələbə prinisipialdı, yoxsa "Neftçi"?
- Bir söz deyə bilərəm ki, qardaşlarımız nə deyirsə, düz deyir (gülür). Hər klubun öz tələbi var. O da mühitə, insanlara uyğun belə qərar verirlərsə, onların yanındayıq (gülür).

- Millinin oyunlarından nə gözləyirsiz?
- Millidə çox irəliləyiş var. Baxmayaraq ki, rəqiblər çox ciddidi. Futbolçularıma həmişə güvənmişəm, Azərbaycan millisinə də. Ola bilər bu gün, ola bilər 5 il sonra olsun, o inamı itirmək itirməmişəm. Çünki o millimizdi. Uğurlar. İnanıram ki, daha yaxşı nəticə əldə etməyə qadirdilər.

- AFFA-nın əcnəbi futbolçuları milliləşdiriləcəyi deyilir. Zubirin də orda adı var. Legionerlərin milliləşdirilməsinə necə baxırsız?
- Bu barədə danışmayaq. Hər quruma cavabdeh şəxslərin öz strategiyası var. Hansısa fikir bildirmək lazım olanda, fikir bildirmişik. Amma heç kimin qərarına hörmətsiz yanaşmaq istəmirik.

- "Neftçi"nin "Qarabağ"ın üzərindəki sonuncu qələbəsindən çox vaxt keçir. "Qarabağ" o qələbədən sonra "Neftçi"yə qarşı sanki amansızdı. Belə seriyanın yaranmasında o məğlubiyyətin və Samir Abasovun oyundan sonra "gəldik və çempionluğu "Qarabağ"dan qopardıq" açıqlamasının nə dərəcədə rolu var?
- O barədə heç düşünmürəm. Keçmişə qayıdaraq, işimi qurmaq barədə, uğur əldə etmək haqda fikrim olmayıb. Hər zaman qarşıdakı
rəqibə fikrimi yönləndirmişəm. "Neftçi", "Zirə", "Sabah", "Qəbələ" olsun, hamımız dost komandayıq. Ən çox bir-birimizi görürük. Hansısa fikrə reaksiya verməyim düzgün olmaz. Hər insanın öz uğur
yolu var, iş prinsipləri var. Mənim prinsiplərim elədi ki, yazılara, fikirlərə çox da vaxt ayırmıram. Hamısı özümüzünkülərdi Hər deyilən fikrə də hörmətlə yanaşırıq.

- İlk dövrənin son oyunu idi. Uzun müddətdən sonra 12 komanda, legioner limiti götürülüb. Ötən mövsümlə bu mövsümü müqayisə etsəz, fərq var?
- Var. Mübarizə daha da çoxalıb. Bütün stadionlar daha yaxşı olsaydı, azarkeş sayı, matçların keçirilmə vaxtı daha yaxşı olsaydı, fərqli ola bilərdi.

- Demək olar ki, Kamilo Duran "Qarabağ"ın mərkəz hücumçusudu.
- Hazırda belə demək olar. Amma onu sağ cinahda da keyfiyyətli oyun üslubu var. Ona baxanda, hər iki mövqe üçün planlaşdırmışdıq. Pis
alınmadı. Özüm də, daha üst axtarmaqda işimizə davam edirik. Bizim tələbimizə görə, Duranın faydalı iş əmsalı, çox yuxarıdı. Çox razıyam.

- Samir Abasov bildirdi ki, bu dəqiqələrdə belə ucuz penaltilər verilmir. Sizin bu haqda fikriniz necədir?
- Düzünü desəm heç baxmamışam epizoda. Elçin Məsiyev elə-belə penalti vermir. Avropada da xeyli oyunlar idarə edir. VAR-a da baxmadı. Məşqçilər dedi, baxmağıma da ehtiyac olmadı. Yenə də baxaram.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
10
10
football-plus.az

10Mənbələr