AZ

Bayrağımız Nyu Yorkun məşhur parkında dalğalanır - FOTO

ABŞ-nin Nyu York şəhərində 8 Noyabr - Zəfər Günü, Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbənin 5-ci ildönümü və 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə ölkəmizin Dövlət Bayrağı qaldırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, üçrəngli bayrağımız Nyu York şəhərinin simvolu və maliyyə mərkəzi sayılan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən olan "Wall Street"dəki "Bowling Green" parkında ucaldılıb. Bu məkan Nyu York şəhərinin ilk rəsmi parkı və nəhəng bayraq meydanı kimi tanınır.

Azərbaycan-Nyu York Assosiasiyasının təşkilatçılığı ilə baş tutan mərasimdə çıxışlarda 8 Noyabr - Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən bəhs olunub, Azərbaycan xalqının 30 ilə yaxın həsrətlə gözlədiyi qələbənin qürurunu və sevincini yaşadığı vurğulanıb. 44 günlük Vətən müharibəsi dövründə xalqımız bir amal uğrunda yumruq kimi birləşdiyi qeyd olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, qəhrəman şəhid və qazilərimizin tarix yazdıqları, onların Vətən uğrunda göstərdikləri fədakarlığın xalqımızın yaddaşında əbədi yaşayacağı diqqətə çatdırılıb.

Daha sonra Dövlət Himnimizin sədaları altında bayrağımız havaya qaldırılıb.

Seçilən
14
20
publika.az

10Mənbələr