AZ

İslamiada: Voleybol millimiz Türkiyə ilə qarşılaşıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı üçüncü matçında uduzub.

“İki sahil” xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma Türkiyə ilə bacarmayıb - 0:3.

Yığma daha əvvəl İran və Tacikistan kollektivlərini 3:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, komandamız növbəti oyununu noyabrın 12-də Əfqanıstan yığmasına qarşı keçirəcək.

Seçilən
3
1
ikisahil.az

2Mənbələr