Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının yüksək vəzifəli məmurlarına və bir sıra rus nəşriyyatlarına qarşı sanksiyaların tətbiqinə dair fərmanlar imzalayıb.
Paralel.az xəbər verir ki , sanksiya siyahısına 8 fiziki şəxs daxil edilib — onlar taxıl məhsullarının və mədəni irs obyektlərinin mənimsənilməsində, Ukraynaya qarşı informasiya əməliyyatlarında iştirak etməkdə, eləcə də müvəqqəti işğal olunmuş ərazilərdə Rusiya təhsil standartlarını tətbiq etməkdə ittiham olunurlar.
Siyahıda Rusiya prezidentinin xüsusi nümayəndəsi Dmitriyev, kənd təsərrüfatı naziri Lut, İstanbul danışıqlarında rus nümayəndə heyətinin üzvü Zorin, FTX-nin əməliyyat məlumatları və beynəlxalq əlaqələr xidmətinin rəhbəri Komkov və digər şəxslərin adları yer alır.
Bundan əlavə, Zelenski digər fərmanla 5 rus nəşriyyatına qarşı da sanksiyalar tətbiq edib.
Onların Rusiya təcavüzünü haqq qazandırdığı, təbliğatın yayılmasına və işğal olunmuş Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində antiukrayna əhval-ruhiyyəsinin formalaşdırılmasına dəstək verdikləri bildirilir.