AZ

11 yaşlı qız Putini çətin vəziyyətə saldı...

...4 noyabrda Rusiyada Milli Birlik Gününün qeyd olunduğu bir vaxtda, Vladimir Putin və uşaqların iştirak etdiyi təbliğat filminin çəkilişi zamanı 11 yaşlı bir qız onun yanına gətirilib və ondan yaralı əmisini cəbhədən geri gətirməsini istəyib.

SİA-nın məlumatına görə, uşaq Putinə əmisinin yaralı qolu ilə cəbhədə olduğunu və "müalicə olunmadığını", ancaq "ezamiyyətə" göndərildiyini deyib.

Qız əlavə edib ki, qohumunun Rusiyadakı yaxşı bir xəstəxanaya köçürülməsini istəyir. Putin kamera qarşısında onu "mütləq" tapacağına söz verib.

Rusiya Telegram kanallarına görə, rus təbliğatçısı Pavel Zarubin bu söhbətin videosunu yayımlayıb, lakin sonradan onu silib və qısaldılmış versiyasını yükləyib.

Sosial mediada bu videonun da Rusiya televiziyasında yayımlanmadığı bildirilib.

"Agentstvo.Novosti" Putinlə danışan qızın adının Kira Pimenova olduğunu aşkar edib. Atası Vladimir Pimenov 2022-ci ilin sentyabrında səfərbərlik edilib və 7 mart 2024-cü ildə Qorlivka yaxınlığında ölüb.

O zaman onun 36 yaşı olub. Sızdırılmış sənədlərə görə, səfərbərlikdən əvvəl Pimenov Rusiya Federal Penitensiar Xidmətində işləyirmiş və bundan əvvəl o, Rosneft, Urenqoynefteqazstroy və Kamensk Neft Deposunda işçi olub. Kira Pimenovanın kömək istədiyi əmi 46 yaşlı Anton Fisyuradır.

Jurnalistlər qızın valideynlərindən hansı ilə qohum olduğunu müəyyən edə bilməyiblər.

Əli Babayev

Seçilən
12
1
sia.az

2Mənbələr