Rusiya Prezidenti Vladimir Putin gələn həftə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşəcək.
“Cebheinfo.az” xəbər verir ki, eyni zamanda, Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcək.
“Vesti”-nin “Telegram” kanalının məlumatına görə, Vladimir Putin Rusiyaya dövlət səfəri edəcək Qazaxıstan Prezidenti ilə görüşəcək. Rusiya Prezidentinin cədvəlinə Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüş də daxildir.
9 oktyabrda Düşənbədə keçirilən ikinci Mərkəzi Asiya-Rusiya Zirvə Toplantısında Qazaxıstan Prezidenti Rusiyaya dövlət səfərinin 12 noyabrda baş tutacağını açıqlayıb.