BAKI, 9 noyabr. TELEQRAF
Azərbaycanda sabah bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq.
Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, noyabrın 10-da bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.