AZ

Yuxu dərmanı içib xəstəxanalıq oldu

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

İstintaq altında olan İsrailin keçmiş baş hərbi prokuroru Yifat Tomer-Yeruşalmi yuxu dərmanı qəbul etdikdən sonra xəstəxanaya yerləşdirilib.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, o, yuxu dərmanı qəbul etdikdən sonra təcili tibbi yardım çağırıb. Gələn həkim briqadası onu Təl-Əvivdəki İçilov Xəstəxanasına aparıblar.

Onun həyatı üçün təhlükə olmadığı bildirilir.

“The Jerusalem Post” qəzeti isə öz növbəsində məmurun tibb işçiləri tərəfindən yarı huşsuz vəziyyətdə tapıldığını bildirir. Xəstəxana rəsmiləri keçmiş baş hərbi prokurorun özünə gəldiyini açıqlayıblar.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələrinin baş hüquq məsləhətçisi vəzifəsindən istefa verən Tomer-Yeruşalmi istintaqa mane olmaqda və etibarı pozmaqda şübhəli bilinir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
sherg.az

2Mənbələr