AZ

Gəncədə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO

Noyabrın 8-də saat 18:50 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə 3 nəfər (2 kişi, 1 qadın) hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən xəbər verilib.
Qeyd edilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri xəstəxananın müvafiq şöbələrində davam etdirilir, vəziyyətləri orta ağırdır.

***

saat 18.50

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Opel" ilə "Toyota Prius" toqquşub. Qəzadan sonra idarəetmədən çıxan “Opel” səki gedən hər ikisi 2008-ci il təvəllüdlü piyadalar R.Həsənzadə və M. Hacıyevi vurub. Xəsarət alan hər iki piyada xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə, piyadaları vuran avtomobilin sürücüsü qəzadan sonra hadisə yerindən yayınıb. Hazırda əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Gəncədə
Seçilən
5
2
apa.az

10Mənbələr