AZ

Pakistan Baş naziri toxunulmazlığı ilə bağlı Senata təqdim edilmiş layihəyə qarşı çıxdı

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif toxunulmazlığı ilə bağlı ölkə Senatına təqdim edilmiş qanun layihəsinin geri götürülməsini tapşırıb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Pakistan Baş naziri X-da paylaşımında bildirib. 

“Azərbaycandan qayıtdıqdan sonra öyrəndim ki, partiyamıza olan bəzi senatorlar Baş nazirin toxunulmazlığı ilə bağlı düzəliş təqdim ediblər. Niyyətlərini vicdanla qəbul etsəm də, təklif Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş layihənin bir hissəsi deyildi. Mən layihənin dərhal geri götürülməsini tapşırdım. Prinsip etibarilə, seçilmiş Baş nazir həm məhkəmə, həm də xalq qarşısında tam məsuliyyət daşımalıdır”, - deyə Baş nazir vurğulayıb.

Seçilən
19
3
redaktor.az

4Mənbələr