AZ

Türkiyədə qorxunc durum: təcili qarşısı alınmalıdır VİDEO

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son aylar Türkiyədə tekstil fabrikləri başqa ölkələrə köçürülür.

Globalinfo.az xəbər veirir ki, bu barədə Türkiyənin “NOW” telekanalı məlumat yayıb.

Beynəlxalq logistika şirkətinin nümayəndəsi Ozan Öndər bildirib ki, bu il tekstil sahəsində 160-a yaxın fabrik Misirə köçürülüb:

“Fabriklər bağlanır, avadanlıqlar tırlara və konteynerlərə yüklənib başqa ölkələrə aparılır. Bu proses təcili dayandırılmalı, yenidən istehsal iqtisadiyyatına qayıtmalıyıq”.

Fabriklərin köçürülməsinin əsas səbəbi yüksək vergi yükü və işçi xərcləridir. Logistika şirkətləri də bu prosesin əsas iştirakçılarına çevrilib. Onlar fabriklərin bütün avadanlıqlarını söküb tırlara və gəmilərə yükləyərək yeni ölkələrdə yenidən qurulmasını təmin edirlər.

Safura Bənnayeva

Globalinfo.az  

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
globalinfo.az

1Mənbələr