Azərbaycanın qadınlardan ibarət stolüstü tennis yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.
Bakıvaxtı.az xəbər verir ki, yığma C qrupundakı sonuncu matçında Pakistan seçməsi ilə qarşılaşıb və 8:3 hesablı qələbə qazanıb.
Milli komanda bu nəticə ilə qrup qalibi olaraq, 1/4 finala yüksəlib.