AZ

“Cənubi Qafqazda daimi sülh üçün bir imkan pəncərəsi açılıb” -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Redaktor.az xəbər verir ki, Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verən Rəcəb Tayyib Ərdoğan səfər zamanı yüksək səviyyədə qarşılandığını bildirib.

“Ziyarətimiz zamanı bizi hər zamankı kimi səmimi qonaqpərvərliyi ilə qarşılayan Azərbaycan Prezidenti İlham Əliyevə və bizi ürəkdən qarşılayan qardaş Azərbaycan xalqına təşəkkürümü bildirirəm”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Qarabağda davam edən quruculuq işlərindən məmnunluqla bəhs edən Türkiyə Prezidenti sülh prosesində Azərbaycanın səylərini yüksək qiymətləndirib, Cənubi Qafqazda daimi sülh və əmin-amanlıq üçün bir imkan pəncərəsi açıldığını vurğulayıb: “30 ildən artıq davam edən qeyri-sabitliyin ardından daimi sülh və əmin-amanlıq üçün bir imkan pəncərəsi açılıb. Sülh prosesinin ən qısa zamanda başa çatması müharibənin qalibi olan Azərbaycanı bölgədə sülhün də memarı kimi də önə çıxaracaq”.

Seçilən
7
7
redaktor.az

8Mənbələr