AZ

“Gülməli çıxırdı, titulunun yanında hər zaman elə qeyd edirdilər” - Bayramov

“İkinci Qarabağ müharibəsindən sonra ən vacib məqam ATƏT-in Minsk qrupunun rolunun azaldılması və heçə salınması idi. Onların mandatı münaqişə ilə bağlı idi, münaqişə yoxdursa, mandat yoxdur. Maraqlı idilər ki, münaqişə davam etsin”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişinin ikinci hissəsində deyib.

“Dekabrın 12-si Prezidentin bir görüşü oldu. O görüş tam göstərdi ki, bunların yeni reallıqlarla bağlı heç bir baxışı yoxdur. Prezident də kifayət qədər açıq və sərt formada bildirdi ki, “Siz nə ilə məşğul olacaqsınız?” Bunlar çalışırdılar desinlər ki, burada müzakirə ediləsi elementlər qalıb. Məyus formada getmişdilər”.

Ölkənin Ali diplomatı sonrakı illərdə də Minsk qrupu ilə olunan təmaslardan bəhs edib:

“Son təmas İsveçdə ATƏT Nazirlər Şurası İclası çərçivəsində onlar bizə Ermənistan tərəfi ilə danışıqları təklif etmişdi. Biz razılıq vermişdik, ancaq həmin gün Ermənistan tərəfi növbəti təxribat etmişdi.

Onlardan müxtəlif partiyaları təmsil edən böyük nümayəndə heyəti Qarabağa səfər etmişdi. Biz Stokholmda idik, o məlumat daxil oldu, onda biz həmsədrlərə bildirdik ki, görüşdən imtina edirik. Ermənistan növbəti dəfə bizim ərazi bütövlüyümüzü pozmaqla, təxribatla məşğuldur. Bu məqsədli təxribatdır. Ondan sonra bizim onlarla təmasımız olmayıb.

Ermənistan müəyyən bir dövr ərzində israrla çalışırdı bunu həyatda saxlasın. Hərdən gülməli məqama kimi çıxırdı, deyək ki, Fransa, Amerika, Rusiyadan hansısa bir diplomatla görüşəndə (red.-Baxmayaraq ki, bu bir həmsədr deyil, nümayəndədir) hər zaman onun titulunun yanında “həmsədr ölkəni təmsil edən adam” kimi qeyd edirdilər”.

Daha ətraflı videomaterialda:

Seçilən
11
10
bakivaxti.az

10Mənbələr