AZ

Azərbaycanda 3500 sahibkar Qarabağda biznes qurmaq üçün müraciət edib

İndiyədək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes fəaliyyəti ilə məşğul olmaq üçün 2500-dən artıq sahibkar müraciət edib. 

İş adamları birliyi vergi güzəştləri ilə bağlı - TƏKLİFLƏR AÇIQLADI

FED.az xəbər verir ki, bu barədə Kiçik və orta biznesin inkişafı Agentliyindən – KOBİA-dan bildirilib. Qurumun məlumatına görə, 2025-ci ilin oktyabr ayına qədər KOBİA-ya işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlar tərəfindən 4 mindən çox müraciət daxil olub. Onlardan 3500-dən çoxu yerli sahibkarların və bölgədə biznes qurmaq istəyən şəxslərin müraciətləridir. Digər müraciətlər isə xarici iş adamları tərəfindən edilib. 

Qeyd edək ki, İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq, bölgədə biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektlərinə KOBİA tərəfindən informasiya və məsləhət xidmətinin göstərilməsi, biznes planların hazırlanmasına dəstək davam etdiriləcək. Ehtiyacı olan şəxslər agentliyin ödənişsiz biznes təlimlərinə cəlb olunacaqlar.

Eynizamanda, hazırda bölgədə yaşayan və qayıdacaq vətəndaşların, xüsusilə də gənclərin, qadınların və əlilliyi olan şəxslərin sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün sahəvi və maarifləndirmə görüşləri davam etdiriləcək, ehtiyacları və təklifləri aidiyyəti qurumlara çatdırılacaq.

Hazırda işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və bölgəyə investisiya yatırmaq istəyən yerli və xarici sahibkarlara aşağıdakı dəstək göstərilir:

- bölgənin iqtisadi və investisiya potensialına dair məlumat dəstəyi
- peşəkar məsləhət xidməti
- müvafiq dövlət qurumları ilə əlaqələndirmə
- yerli tərəfdaşların tapılmasına dəstək.

Bu dəstək agentliyin Zəngilan rayonunun Ağalı kəndində, Laçın və Kəlbəcər rayonlarında fəaliyyət göstərən KOB dostu ofisləri, Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzində yerləşən KOB evi vasitəsilə təmin olunur.

Seçilən
14
4
fed.az

5Mənbələr