Portuqaliyanın paytaxtı Lissabonda minlərlə insan Baş nazir Luis Monteneqronun hökumətinin təklif etdiyi yeni əmək qanunlarına etiraz edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Portuqaliya mediası məlumat yayıb.
Məlumata görə, ölkənin ən böyük həmkarlar ittifaqı təşkilatı olan CGTP-nin təşkil etdiyi aksiya “Hamı Lissabona” şüarı altında keçirilib. Etirazçılar həm dövlət, həm də özəl sektor işçilərindən ibarət olub.
Etirazların səbəbi hökumətin 2025-ci ilin sentyabrında təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişikliklərdir.
Aksiya iştirakçıları hesab edir ki, yeni qaydalar işçi hüquqlarını pozur və istismarı artırır. Dəyişikliklər işçilərin işdən çıxarılmasını asanlaşdırmağı, autsorsinq məhdudiyyətlərinin yumşaldılmasını və “fərdi vaxt bankları”nın yaradılmasını nəzərdə tutur. Bu sistem işçilərə gündə iki əlavə saat işləməyə imkan verir./Axar.az