AZ

Sədərək rayonunda Zəfər günü münasibətilə konsert proqramı keçirilib - FOTOLAR

8 noyabr “Zəfər Günü” münasibəti ilə Sədərək rayonunda ümumrayon tədbiri və konsert proqramı keçirilib.


Manset.az xəbər verir ki, tədbir iştirakçıları ilk olaraq Ulu öndər Heydər Əliyevin Heydərabad qəsəbəsində əzəmətlə ucalan büstünü ziyarət edib və önünə gül dəstələri qoyublar. Daha sonra Sədərək kəndində yerləşən Şəhidlər Xiyabanı ziyarət olunub, vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi yad edilib, şəhidlərin ruhuna dualar oxunub və məzarları üzərinə gül dəstələri qoyulub. 

Tədbir Sədərək Rayon Mədəniyyət Sarayında keçirilən tədbirlə davam edib. Tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, ardından Dövlət Himnimiz səsləndirilib.

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə tədbirdə çıxış edərək Zəfər Gününün 5-ci ildönümü münasibətilə şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarını təbrik edib və Zəfər bayrağımızın heç zaman enməyəcəyini, bu bayrağın daim tarixi torpaqlarımızda əzəmətlə dalğalanacağını qürur və əminliklə vurğulayıb. O, bildirib ki, bu günümüzün uğurlarının zirvəsində dayanan tarixi Zəfərimiz Azərbaycanın Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən başladığı inkişaf yolunun təqdimatıdır. Bu yol Azərbaycan xalqının torpaq həsrətinə son qoydu. Azərbaycan bu illər ərzində torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırlıq işləri apardı və istəyinə nail oldu. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdılar.

Tədbirdə Şəhid Abdullazadə Tağının atası Abdullayev  İlham və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Zeynəb Quliyeva çıxış edərək bayram münasibəti ilə təbriklərini çatdırıblar. Daha sonra tədbir möhtəşəm konsert proqramı ilə davam etdirilib.

Seçilən
44
manset.az

1Mənbələr