BAKI, 9 noyabr. TELEQRAF
Birinci vitse-prezident Mehriban Əliyeva 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü ilə əlaqədar paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda deyilir:
"9 Noyabr Dövlət Bayrağı Günü.
“Qoy sonsuz qürur mənbəyimiz olan üçrəngli bayrağımız sülhün, sabitliyin, təhlükəsizliyin, tolerantlığın hökm sürdüyü doğma Vətənimizin səmasında əbədi dalğalansın!”
