AZ

Stoltenberq: NATO Ukraynaya görə üçüncü dünya müharibəsini başlamayacaq

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şimali Atlantika Alyansı Ukraynaya görə Rusiya ilə üçüncü dünya müharibəsinə başlamayacaq.APA xəbər verir ki, bunu NATO-nun sabiq baş katibi, Norveçin maliyyə naziri Yens Stoltenberq The Sunday Times qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə Volodimir Zelenski Ukraynanın hava məkanının bağlanmasını xahiş etdikdə, Stoltenberq bu tələbi rədd edib, çünki bu addım münaqişənin qlobal müharibəyə çevrilməsi riskini artırardı.“O vaxt ABŞ prezidenti olan Baydenin də dediyi kimi, biz Ukraynaya görə üçüncü dünya müharibəsi riskinə getməyəcəyik. Məqsədimiz Perl-Harbor kimi hadisə ilə üzləşmək və bütün alyansın birbaşa müharibəyə cəlb olunması deyil. Buna görə biz Ukraynaya dəstək verməyə davam edirik ki, onlar döyüşə bilsinlər, lakin NATO qüvvələrini göndərmək və Rusiyayla birbaşa hərbi qarşıdurmaya girmək niyyətində deyilik,” – deyə Stoltenberq vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
1
apa.az

2Mənbələr