AZ

ABŞ qanunsuz miqrantların saxlanması üçün anbarlardan istifadə edə bilər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp administrasiyası böyük anbarlar əldəetmək və deportasiyadan əvvəl qanunsuz miqrantları saxlamaq üçünonlardan istifadə imkanını araşdırır.

Trend xəbər verirki, bu barədə “NBC News” Ağ Ev və Daxili TəhlükəsizlikNazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Söhbət onlayn pərakəndə satış şirkəti “Amazon” kimi müəssisələrüçün nəzərdə tutulmuş anbarlardan gedir.

Mənbələrin bildirdiyinə görə, bu anbarların orta sahəsi mövcudmiqrant saxlama mərkəzlərindən iki dəfə böyükdür ki, bu da daha çoxqanunsuz miqrantın saxlanmasına imkan verəcək.

ABŞ-ın İmmiqrasiya və Gömrük Xidməti (ICE) ölkənin cənubundakıhava limanlarının yaxınlığında yerləşən və miqrantların ən çoxdeportasiya edildiyi anbarlarla maraqlanır.

“CBS News”in noyabrın 6-da yaydığı məlumata görə, hazırda rekordsayda, təxminən 66 000 miqrant ICE müəssisələrində saxlanılır.ICE-in anonim nümayəndəsi bildirib ki, agentliyin müəssisələrihazırda 70 000 nəfər üçün nəzərdə tutulub.

Seçilən
64
az.trend.az

1Mənbələr