AZ

Bakı paradı və Paşinyanın “robopos” şousu - FOTO

Ermənistanın baş naziri Paşinyan Hindistandan alınmış robot itin nümayişi ilə gündəm yaratmağa çalışdığı bir vaxtda, Bakıda ağır hərbi texnikanın təqdim olunduğu möhtəşəm parad keçirilir.

Musavat.com xəbər verir ki, revanşist erməni teleqram kanalları paylaşımlarında qəzəb və həsədlə bu görüntüləri paylaşaraq Paşinyana qarşı kampaniyaya başlayıblar. Bu paylaşımlarda Ermənistan hakimiyyətinə qarşı kəskin ritorika müşahidə olunur. Həm Bakının paradının, həm də Paşinyanın “robopos” nümayişinin — daxili siyasi mesajları var və onlar regionda informasiya mübarizəsinin bir hissəsinə çevrilir.

Sosial mediada yayılan görüntülər fərqli reaksiya doğurub — bəzi paylaşımlarda Paşinyanın təqdimatını tənqid və istehza ilə qarşılayırlar, digər tərəfdən isə Bakıda keçirilən paradı heyranlıqla qeyd edirlər.

 

Musavat.com

Seçilən
62
musavat.com

1Mənbələr