AZ

Sakinlər Şahbaz Xuduoğluya görə niyə 102-yə zəng etdi? – TƏFƏRRÜAT

“Biz bir “Təkərli kitab dükanı” yaratdıq ki, ölkəni gəzsin, kitabı unudulmağa qoymasın. Çox yerdə özümüzə qarşı təpki gördük. Harada dayanırsa, o yerin bir sahibi çıxır ki, burda dayanmaq olmaz”. 

NOCOMMENT.az-ın xəbərinə görə, bu sözləri naşir Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında yazıb. Onun paylaşımını təqdim edirik:

“Dövlət idarəsinin qarşısıdır – dayanmaq olmaz. Marketin qarşısıdır – dayanmaq olmaz. Beş il oldu, təkərli kitabı məhələlərə və regionlara çıxardıq. Bir yerdə də səlahiyyət sahiblərindən “xoş gəldiniz” eşitmədik. Hər yerdə zabitə süngüsü, hər yerdə sorğu-sual. Digər tərəfdən də insanların biganə münasibəti, kitaba ikrah doğuran nəzərləri. Amma uşaqların sevincini gördük. Məhz budur, əlimizi soyutmayan.

“Təkərli kitab dükanı” Sumqayıtda bir məhlədən qovulub, o biri məhləyə gedir. “Bağça şəhər” evlərinin komendantı sakinlər adından 102-yə şikayət edib ki, “Təkərli kitab dükanı”nı  məhləmizdə görmək istəmirik. Mən belə bir cəmiyyət heç yerdə görməmişəm və heç kəsə də arzulamıram.

İnsanlıq üçün ən təhlükəli bəla ilə üz-üzəyik-  CAHİLLiK!”\\SAVASHMEDİA.az

Seçilən
12
4
nocomment.az

5Mənbələr