AZ

Lavrov ABŞ-ın bu açıqlamalarına münasibət bildirib

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın nüvə sınağı ilə bağlı söylədiyi fikirlərə görə Amerika tərəfdən heç bir izahat almayıb.

NOCOMMENT.az bildirir ki, bu barədə TASS xəbər verir.

“Xeyr, biz diplomatik kanallar vasitəsilə hələlik heç bir izahat almamışıq ki, prezident Donald Tramp nüvə sınaqlarının bərpasını elan edərkən nəyi nəzərdə tuturdu”, – XİN rəhbəri bildirib.

Noyabrın 7-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, ABŞ nüvə sınaqları ilə bağlı mövqeyini aydınlaşdırmalıdır, çünki bu, mübahisəli olaraq qalır.

Tramp bundan əvvəl Müharibə Departamentinə nüvə silahlarını digər ölkələrlə “bərabər əsasda” sınaqdan keçirməyi əmr etmişdi.

Seçilən
52
nocomment.az

1Mənbələr