AZ

Şamaxıda Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub

Şamaxı, 8 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC

8 Noyabr - Zəfər Günü münasibətilə Şamaxı rayonunda təntənəli tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edib, Ulu Öndərin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.

Respublikamızın hər yerində olduğu kimi, Şamaxı rayonunda da şanlı Qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Rayonun müxtəlif yerlərində onlarla ağaclar əkilib.

Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Milli Məclisin deputatı Tamam Cəfərova Şanlı Zəfər münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu Qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan Ordusunun və xalqının tarixi Qələbəsi olduğu barədə geniş söz açıblar.

Daha sonra Zəfər Gününə həsr olunmuş “Qızıl payız” adlı sənədli film nümayiş etdirilib.

Sonda konsert proqramı təqdim olunub.

 

Seçilən
56
1
azertag.az

2Mənbələr