AZ

“Zaqatala”nın baş məşqçisi: “Qeyd etdiyim problemlər bizdə var deyə məğlub olurduq”

“Oyun günü Zaqataladan Ağsuya beş saatlıq yol gəlməyimiz futbolçularda əlavə yorğunluq yaratdı. Oyunçularımın ayağı tutulmuşdu. Uşaqlar sağ olsun, xarakter göstərdilər. Bu, Azərbaycan futbolunda çox önəmli amildir”.

Bu sözləri “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov, Birinci Liqanın VII turunda “Difai”ni məğlub etdikləri oyun barədə danışarkən deyib.

“Matçın birinci hissəsi bizim üçün daha yaxşı keçdi. İkinci yarıda vurğuladığım yol yorğunluğu özünü göstərdi. Hesabda öndə olsaq da, rəqib təzyiq göstərirdi. Üç oyundan sonra qələbə qazandıq. Bizi məğlub edən komandalar liqada yuxarı pillədə qərarlaşıb. Qalib gəlmək üçün qol vurub, qapını toxunulmaz saxlamalısan. Qeyd etdiyim problemlər bizdə var deyə məğlub olurduq. Qol vurmaq istəyirik, alınmır, soyuqqanlılıq çatışmır. Komandanın qarşısına bu mövsüm hansısa xüsusi hədəf qoyulmayıb. Amma o demək deyil ki, biz futbol oynamamalıyıq. “Zaqatala” mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparır. Klub rəhbərliyi xüsusi tapşırıq verməyib”, - deyə o, sport.24-az-a açıqlamasında deyib.

Qeyd edək ki, “Difai” - “Zaqatala” matçı 1:2 hesabı ilə başa çatıb.

İdman.Biz

Seçilən
3
1
idman.biz

2Mənbələr