AZ

II Qaregin Hindistana getdi: Məqsədi nədir?

Ermənilərin katolikosu II Qaregin şənbə günü Hindistana səfərə yola düşüb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, II Qaregin noyabrın 8-də Hindistana patriarxal səfərə yola düşüb və orada Kəlküttədəki Müqəddəs Nazaret kilsəsinin qəyyumları, eləcə də Erməni Xeyriyyə Seminariyasının rəhbərliyi və professor-müəllim heyəti ilə görüşəcək.

Görüş zamanı seminariyanın fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunacaq.

Seçilən
74
publika.az

1Mənbələr