AZ

Putin müdafiə nazirinin müavini Andrey Bulıqanı vəzifəsindən azad etdi

Rusiya müdafiə nazirinin müavini vəzifəsində çalışan general-polkovnik Andrey Bulıqa Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.

Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.

"Andrey Mixayloviç Bulıqa Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilsin və hazırkı vəzifəsindən azad edilsin", - deyə sənəddə bildirilib.

General Bulıqanın yerinə Müdafiə Nazirliyinə Cənub Hərbi Dairəsinin komandanı vəzifəsində çalışan general-polkovnik Aleksandr Sançik təyin edilib. O, həmçinin prezidentin fərmanı ilə, eyni zamanda, əvvəlki vəzifəsindən azad edilib.

Bulıqa Müdafiə Nazirliyində silahlı qüvvələrin maddi-texniki təminatına cavabdeh idi. General daha əvvəl Qərb Hərbi Dairəsində komandan müavini kimi maddi-texniki təminat məsələləri ilə məşğul olub.


Telegram kanalımız
Seçilən
46
5
yenisabah.az

6Mənbələr