AZ

Colinin Bredlə bağlı məktubları yayıldı

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

Hollivud ulduzu Ancelina Colinin keçmiş həyat yoldaşı Bred Pittlə hüquqi mübarizəsinin bir hissəsi olaraq hakimə təqdim edilən e-poçtlarından çıxarışlar ortaya çıxıb.

Axşam.az xəbər verir ki, bu haqda "Radar Online" yazıb. Aktrisa mübahisənin yaratdığı güclü stress və bunun sağlamlığına necə təsir etdiyi barədə menecerinə şikayət edib. Bu məktublar 2021-ci ilin may ayına aiddir.

"Bütün stressi aradan qaldırmalıyam. Narahatlıqdan xəstələnməyə başladığımı hiss edirəm. Daha etibarlı dəstək barədə danışmaq və mənə narahatlıq yaradan münasibətləri davam etdirməmək istərdim" deyə, Coli şikayətlənib.

Coli həmçinin böyük qardaşı Ceyms Heyven Voytdan da bəhs edib. O, onun maddi yardımına görə nankorluğundan qəzəblənib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
2
axsam.az

3Mənbələr