AZ

Mark Overmars “Ayaks”a qayıda bilər

Keçmiş niderlandlı futbolçu Mark Overmars skandallı istefasından sonra “Ayaks” klubuna qayıda bilər.

90deqiqe.Az “Soccer New”a istinadən xəbər verir ki, klub onu texniki direktor vəzifəsinə gətirməyi nəzərdən keçirir.

Hazırda Overmars Belçikanın “Antverpen” klubunda idman direktoru kimi çalışır. Qeyd edək ki, o, əvvəllər də “Ayaks”ın strukturunda fəaliyyət göstərib. 2022-ci ilin əvvəlində Overmars qadınlara uyğun olmayan şəkillər göndərməsi ilə bağlı skandala görə vəzifəsindən azad edilmişdi.

Niderland çempionatında 11 turdan sonra “Ayaks” 4-cü pillədə qərarlaşıb və lider “Feyenoord”dan 8 xal geri qalır.

Seçilən
27
90deqiqe.az

1Mənbələr