AZ

Azərbaycanda pul bazası yenidən azalıb - Deputat

Bakı. Trend:

Azərbaycanda pul bazası yenidən azalıb.

Trend xəbər verir ki, bunu Milli Məclisinİqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü VüqarBayramov sosial şəbəkə hesabında deyib.

O qeyd edib ki, Mərkəzi Bankın məlumatına görə, dekabrın ilkgününə ölkə üzrə pul bazası əvvəlki ay ilə müqayisədə 67.6 milyonmanat azalaraq, 18 milyard 334 milyon manata düşüb

"İki aylıq azalmalara rəğmən, ümumi pul bazası bu ilin əvvəlinənisbətən artıb.

Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bankehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbirhesablarının qalıqları) daxildir. Pul bazasının kiçilməsindəMərkəzi Bankın inflyasiya tələbinin optimallaşdırılması ilə bağlıtədbirlərı xüsusi təsirə malikdir. Belə ki, pul bazasınıngenişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbiniməhdudlaşdırır. İstehlak tələbinin azalması isə təklifindəyişmədiyi halda anti-inflyasiya effektinə malik olur.

Pul bazasının kiçilməsi fonunda xarici valyutalara tələbin dəyüksəlməsi müşahidə olunmaqdadır. Digər tərəfdən, pul bazasınınkiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdanarzuolunan deyil. Baza genişləndikcə xərcləmələr və real sektordatələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlaryaradır.

Bu kontekstdən, pul bazasının optimallığı həm inflyasiyayaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorundəstəklənməsinə xidmət etməlidir. Buna görə də pul bazasınınoptimallaşdırılması siyasəti real sektorunun canlanmasını xüsusitəşviq etməlidir. Bu baxımdan, kiçilmə deyil, optimallaşdırmasiyasətinə üstünlük verilməlidir", - deyə V.Bayramov bildirib.

Məqalədə:
Seçilən
160
38
az.trend.az

10Mənbələr