AZ

Şahbaz Şərif: Torpaqların azadlığı uğrunda mübarizədə Pakistan Azərbaycanın yanında qaya kimi dayandı...

Torpaqların azadlığı uğrunda mübarizədə Pakistan Azərbaycanın yanında qaya kimi dayandı və bundan sonra da belə olacaq...

Poliqon xəbər verir ki, bunu Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib.

“Əziz qardaşım prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında azərbaycanlı qardaşlarım tarixin çağırışına qalxdılar. Bütün dünya Azərbaycanın şanlı Silahlı Qüvvələrinin öz əzəli torpaqlarını azad etməsinin şahidi oldu”, deyə Şahbaz Şərif qeyd edib.

Pakistanın Baş naziri keçmiş məcburi köçkün ailələrinin Qarabağa qayıdışının ilhamverici olduğunu bildirib. “Laçın, Şuşa, Xankəndi - bütün digər işğaldan azad olunmuş yerlərdə yenidənqurma işlərinin tətbiqi fenomenal xarakter daşıyır”.

Poliqon.info

Seçilən
33
10
poliqon.info

10Mənbələr