AZ

Naxçıvan Beynəlxalq Hava Limanında 36 yaşlı kişi inzibati qaydada həbs edilib

Naxçıvan Beynəlxalq Hava Limanında 36 yaşlı kişi həbs edilib.

"Cebheinfo.az"  xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə noyabrın 6-da baş verib.

Təqsirləndirilən şəxs izahatında bildirib ki, noyabrın 6-da Bakıya getmək üçün hava limanına gedib. Biletinin uçuş vaxtı keçdiyinə görə yeni bilet almaq üçün növbə tutduqdan sonra kassanın yanında olan oturacaqlarda bir qızın əyləşdiyini görüb, həmin qızla danışıb və daha sonra çölə çıxıb siqaret çəkiblər.

Şahid bildirib ki, 6 noyabr 2025-ci ildə Bakı şəhərindən gələn dostunu qarşılamaq üçün hava limanına gəlib. Hava limanının qarşısında təyyarənin enməsini gözlədiyi zaman bir nəfər tanımadığı şəxs sərxoş vəziyyətdə ona yaxınlaşaraq çay içməyə getməyi təklif edib. O, ehtiyac olmadığını bildirib, kənar şəxs hələ yanında dayandığı üçün hava limanın qarşısında skamyada əyləşib. Həmin şəxs də onun yanında oturaraq əlini boynuna salmaq istədiyi üçün ondan kənara çəkilib. Bu zaman həmin şəxs ona bir daha yaxınlaşmaq istəyib. Zəng gəldiyi üçün telefonu açmaq istəyərkən onun telefon açmağına icazə verməyərək telefonu ondan almağa çalışıb. Bu zaman həmin şəxsin üstünə qışqırıb və qorxduğu üçün insanların arasına getməyə qərar verib.

Hava limanının giriş qapısından içəri daxil olaraq oturacaqda əyləşib, həmin şəxsdən uzaqlaşmaq istəsə də, bunu edə bilməyib, əksinə həmin şəxs bir daha onun telefonunu əlindən almaq istəyib. Bundan sonra oradan keçən hava limanı əməkdaşına həmin şəxsin onu narahat etdiyini deyib.

Təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək doqquz gün müddətinə inzibati qaydada həbs edilib.

"Cebheinfo.az" 

Seçilən
11
5
cebheinfo.az

6Mənbələr