Qazaxıstanın müdafiə naziri general-leytenant Dauren Kosanov Azərbaycana səfər edib.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, o, 8 Noyabr - Zəfər Gününə həsr olunmuş hərbi paradda iştirak üçün Bakıdadır.