Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan yenidən axtarışa verilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İctimai TV-nin efirində İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin rəis müavini Kamo Saakyan məlumat verib.
İttihama görə, Arutyunyan nazir vəzifəsində olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Ermənistan Respublikası Baş Qərargah rəisinin keçmiş müavini Enriko Apriamov da iş üzrə təqsirləndirilən şəxsdir.
Qeyd edək ki, Mikael Arutyunyan 2007-2008-ci ildə Ermənistanın müdafiə naziri olub.