ŞUŞA, 8 noyaqbr. TELEQRAF
Şuşada 8 noyabr Zəfər günü münasibətiləŞuşa sakinlərinin əl işlərinin sərgisi təşkil edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 8 Noyabr Zəfər günü münasibətilə Şuşa şəhərində təşkil edilən tədbirlərdən biri də xüsusi qabiliyyəti olan Şuşa sakinlərinin əl işləri sərgisinin nümayişi olub.
Şəhərin mərkəzində “Güllü bağ” parkında şuşalıların əl işlərindən ibarət sərgi nümayiş etdirildi.
Əl işləri əsasən Şuşa şəhərinin giriş qapıları, Qala divarları, Azərbaycan mədəniyyətinin atributları, Zəfərin əsas simvolu olan "Xarı bülübül" rəsminin müxtəlif formalarda təsviri olub.
Təşkil olunan sərgi, Şuşa şəhər sakinləri və şəhərə gəlın qonaqların marağına səbəb olub.
Bayram tədbiri, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə həyata keçirilir.